
Futbolçu dənizdə boğuldu
Portuqaliyada 17 yaşlı futbolçu dənizdə çimərkən boğulub.
Sportlife.az xəbər verir ki, "Despertar" klubunun futbolçusu Xorxe Saraiva iyulun 15-də faciəvi şəkildə dünyasını dəyişib.
Hadisə Kaskais çimərliyində baş verib. Saraiva üç dostu ilə dənizdə çimərkən dalğa onları dənizin içərisinə aparib. Xilasedicilər futbolçunun dostlarını sudan çıxara bilib, lakin 17 yaşlı oyunçunun cəsədi yalnız bir müddət sonra aşkar edilib.