ABL bu gün başlayır

  • Bu gün, 11:19

Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümü bu gün bir oyunla start götürəcək.

Sportlife.az xəbər verir ki, A qrupunda yer alan "Neftçi" və "Naxçıvan" komandaları Bakı İdman Sarayında münasibətləri aydınlaşdıracaqlar.

Görüşün start fiti saat 20:00-da səslənəcək.

Xatırladaq ki, bu mövsüm Azərbaycan Basketbol Liqasında 12 komanda mübarizə aparacaq.


Paylaş: