"Çalışacağıq ki, liderliyi qoruyaq"

  • Dünən, 16:35

I Liqanın lideri "Karvan" ötən gün "İmişli" ilə qarşılaşıb.

Sportlife.az xəbər verir ki, Yexlav təmsilçisi qarşılaşmadan 3:2 hesablı qələbəylə ayrılıb. Matçdan sonra komandanın baş məşqçisi Kənan Kərimov görüşlə bağlı bunları söyləyib:

“Çox gərgin və maraqlı oyun keçdi. Bunu əvvəldən də bilirdik. Futbolçularım xarakter göstərdi. İlk hissədə öndə olsaq da, ikinci yarıda geri düşdük. Amma yenə də qələbə qazana bildik. “İmişli” kimi komandaya qarşı geridönüş etmək asan deyil. Dəstəklərinə görə azarkeşlərə də təşəkkür edirəm.Beş oyunda maksimum nəticə oldu. Açığı, 5 oyunun hər birində qələbə qazanacağını heç kim gözləməz. Amma zirvə üçün vuruşuruq. Məqsədimiz liderliyi qorumaqdır. Çempionluq üçün danışmaq indi çox tezdir. Qarşıda çoxlu oyunlar, sürprizlər var. Çalışacağıq ki, liderliyi qoruyaq".

 


Paylaş: