Sabiq “Roma”lı vətəninə qayıdıb

  • Dünən, 16:11

Kostas Manolas vətəninə qayıdıb.

Sportlife.az xəbər verir ki, yunanıstanlı müdafiəçi bundan sonra “Panatinaikos” forması geyinəcək.

33 yaşlı arxa xətt oyunçusu yayda “Salernitana”dan ayrıldıqdan sonra klubsuz qalmışdı.

"Panatinakos" karyerası ərzində “Napoli”, “Roma” kimi komandaların şərəfini qorumuş Manolasla mövsümün sonunadək müqavilə imzalayıb.


Paylaş: