Fransa klubu baş məşqçisiylə müqavilə uzadacaq

  • Dünən, 17:23

PSJ baş məşqçisi Luis Enrike ilə müqavilə uzatmaq üçün razılığa gəlməyə yaxındır.

Sportlife.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris klubu ispaniyalı mütəxəssisin hazırki sözləşməsini daha iki il artıracaq.

Enrike 2023-cü ilin yayından PSJ-yə başçılıq edir. Komanda onun rəhbərliyi altında son mövsümdə Fransa çempionu olub.


Paylaş: