"Sabah" Avropada ikinci görüşündə də məğlub oldu

  • 16 Oktyabr 2024, 22:29

FIBA Avropa Kubokunda mübarizə aparan "Sabah" Basketbol Klubu bu gün növbəti oyununu keçirib.

Sportlife.az xəbər verir ki, Azərbaycan çempionu Yunanıstanın "Marussi" klubu ilə üz-üzə gəlib. Qarşılaşma qonaqların 82:70 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "bayquşlar" turnirin ilk turunda səfərdə Belçika təmsilçisi "Spiru"ya 81:82 hesabı ilə məğlub olub.


Paylaş: