Qurban Qurbanov: "Əvvəllər bizə bəlkə bir o qədər ciddi yanaşmırdılar"

  • 7 Oktyabr 2024, 00:22

“Futbolçularımı təbrik edirəm. İstirahət qabağı vacib qalibiyyət idi. Komandanın yarısı istirahətdə olacaq, yarısı milli komandaların düşərgəsinə yollanacaq. Bu stadionda, bu şəhərdə oynamaq bizim üçün həmişə xoşdur. Belə azarkeş qarşısında oynamaq futbolçulara əlavə motivasiya verir. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm ki, çox səliqəli dəstək verdilər. “Sumqayıt”a uğurlar arzulayıram. Futbolçularımın hər birindən razı qaldım”.

Sportlife.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Sumqayıt"la oyundan sonra keçirilən mətbuat konfrasında deyib.

Təcrübəli mütəxəssis qarşıdakı avrokubok oyunlarından da söz açıb:

“Malmö” və “Tottenhem” məğlubiyyətləri meydandakı oyunumuza görə olsa, narahatçılıq verə bilər. Amma oyunu götürsək, məğlub olacağımız oyunlar deyildi. Bizə çox ciddi yanaşırlar. Əvvəllər bizə bəlkə bir o qədər ciddi yanaşmırdılar. İnanın ki, Avropada rəqiblər bizimlə oyunda hətta öz oyun üslubundan çıxırlar. Bizə qarşı tam başqa oyun üslubu qururlar. Bizimlə oyunda ya beşli müdafiə oynayırlar, ya da birəbir. Bu bir tərəfdən bizi sevindirir. Demək ki, bizə böyük dəyər verirlər. Bu cür hallara hazır olmalıyıq. Ruhdan düşmədən, rəqibdən asılı olmayaraq, yaxşı nəticə üçün hazırlaşacağıq”.


Paylaş: