"Premyer Liqanın komandaları ilə yanaşı I və II Liqada mübarizə aparan kollektivlər də qüvvəsini sınayacaqlar"

  • 30 Sentyabr 2024, 15:27

Azərbaycan Kubokunun 2024-25 mövsümü üçün püşkatma mərasimi keçirilir.

Sportlife.az xəbər verir ki, mərasimdə PFL-in prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov I təsnifat mərhələsində yalnız II Liqa klublarının yarışacağını söyləyib:

"Çünki yarışda Azərbaycan Premyer Liqasının komandaları ilə yanaşı I və II Liqada mübarizə aparan kollektivlər də qüvvəsini sınayacaqlar. Ümid edirik ki, hər şey yaxşı olacaq. Yarışa I təsnifat mərhələsindən başlayacağıq. Burada yalnız II Liqa kollektivləri oynayacaq. 1/8 final görüşləri bir oyundan ibarət olacaq. 1/4 finalda isə qarşılaşmalar ev-səfər prinsipi ilə keçiriləcək".

Qeyd edək ki, Azərbaycan Kubokunun I təsnifat mərhələsi oktyabrın 12-13-də start götürəcək.


Paylaş: