“Fənərbağça” britaniyalı futbolçusuyla yolları ayırdı

  • Bu gün, 12:21

"Fənərbağça" Rayan Kentlə yolların ayrıldığını açıqlayıb.

Sportlife.az xəbər verir ki, klub açıqlamasında ingiltərəli futbolçuyla qarşılıqlı razılaşma əsasında müqaviləsinə xitam verildiyini bildirib.

Kent ötən ilin yayında azad agent kimi "Fənərbağça"ya qoşulmuşdu. O, "sarı-lacıvərdlilər"in heyətində 19 oyunda meydanda olub, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.


Paylaş: