II Liqada ayın qolunun müəllifi mükafatlandırılıb

  • Bu gün, 14:25

Azərbaycan 2-ci liqasında “Ayın qolu” layihəsinin ilk qalibi müəyyənləşib.

Sportlife.az PFL-in saytına istinadən xəbər verir ki, bu, “Dinamo” futbol klubunun üzvü Valeh Seyidov olub. 

28 yaşlı hücumçu bu gün mükafatlandırılıb.

Sentyabr ayının ən yaxşı qolunun müəllifinə mükafatı 7-ci turun “Dinamo” – “Saatlı-Araz” görüşündən əvvəl Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin müdiri Elçin Mehtiyev təqdim edib.


Paylaş: