"Qarabağ"ın "Ayaks"la oyununa bu qədər bilet satılıb

  • Bu gün, 15:42

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Ayaks” oyununa satılan biletlərin sayı müəyyənləşib. 

Sportlife.az Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, matç üçün artıq 18 min 500 ədəd bilet satılıb.

Məlumatda o da qeyd olunub ki, qapılar azarkeşlər üçün matçın start fitindən 2 saat əvvəl açılacaq.

Oktyabrın 24-ü saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri:

iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Qeyd edək ki, oktyabrın 24-də keçiriləcək “Qarabağ” – “Ayaks” oyunu saat 20:45-də başlayacaq.


Paylaş: