"Fənərbağça" MBA-dan oyun qurucu transfer edib

  • Bu gün, 17:42

"Fənərbağça" basketbol komandası heyətini gücləndirib.

Sportlife.az klubun saytına istinadən xəbər verir ki, "sarı-lacıvərdlilər" Skaylar Meysi transfer edib. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.

27 yaşlı basketbolçu MBA-da 2020-ci ildə ikinci tur 50-ci sıradan draft edilib. Meys son olaraq "Los-Anceles Leykers"də çıxış edib.

 


Paylaş: