Ten Haq zədəlilər barədə danışıb

  • Bu gün, 16:44

"Mançester Yunayted" sabah Premyer Liqanın 8-ci turunda evində "Brentford"u qəbul edəcək.

Sportlife.az xəbər verir ki, "qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haq zədəlilər barədə danışıb:

"Nussair Mazraui bu oyunda iştirak edə biləcək. Kobbi Meynu və Harri Maquayr isə bir neçə həftə meydanlardan uzaq qalacaq".

 "Mançester Yunayted" hazırda 8 xalla Premyer Liqada 14-cü yeri tutur.


Paylaş: