"Birmingem"in sabiq üzvü "Sumqayıt"da

  • 5 Sentyabr 2025, 12:12

Yeni mövsümə hazırlaşan "Sumqayıt" amerikalı basketbolçu Si Cey Consu transfer edib.

Sportlife.az xəbər verir ki, 27 yaşlı oyunçu həm hücumameyilli müdafiəçi, həm də forvard mövqeyində oynayır.

Karyerasına Alabama ştatının "Birmingem" komandasında başlayan Cons buna qədər Niderland və Kipr çempionatlarında da oynayıb. O, son olaraq Panamanın "Draqonz de Don Bosko" klubunda çıxış edib.

Si Cey Panama çempionatında hər oyuna orta hesabla 19 xal və 6,3 ribaundla yadda qalıb. O, hətta Panamada "ilin legioneri" mükafatını da qazanıb.


Paylaş: