
“Fənərbağça”dan növbəti transfer
"Fənərbağça" basketbolda növbəti transferini açıqlayıb.
Sportlife.az klubun saytına istinadən məlumat verir ki, İstanbul klubu Veyd Boldvini heyətinə qatıb. Amerikalı basketbolçu 2+1 illik müqavilə imzalanıb.
"Fənərbağça" daha öncə Nikolo Melli, Devon Hol və Bonzi Kolsonu da transfer etmişdi.