FIBA Avropa Kuboku: Təmsilçimiz Çexiya klubunun qonağı olacaq

  • 1 Noyabr 2023, 09:10

“Sabah” basketbol klubu bu gün FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirəcək.

Sportlife.az xəbər verir ki, Azərbaycan təmsilçisi üçüncü matçda Çexiyada "Nimburk"un qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

Qeyd edək ki, "Sabah" ilk görüşündə səfərdə Şimali Makedoniya "Mornar"ına (75:80), ikinci dueldə isə Bakıda Türkiyə “Bağçaşəhər”inə (65:83) uduzub. Hazırda “Nimburk” 4 xalla D qrupunda liderlik edir. “Sabah”ın isə hesabında 2 xal var.


Paylaş: