
Fransa millisinin üzvü "Sabah"da
"Sabah" Fransa millisinin basketbolçusu ilə anlaşıb.
Sportlife.az xəbər verir ki, Jan-Mark Pansa ilə 2 illik müqavilə imzalanıb.
O, daha əvvəl Fransada “Olimpik Antibes”, “Pol Frans”, “JSF Nanterre” və “Nanterre” komandalarında çıxış edib.
Karyerası ərzində bir sıra mükafatlara layiq görülən Jan-Mark Pansa 2024-cü ildə Fransanın ProB liqasında final seriyasında çıxış edib. Həmin il eurobasket.com tərəfindən Fransanın ProB liqasında ilin ən yaxşı yerli oyunçusu seçilib.