"Qarabağ" "Şkendiya"ya qarşı

  • Bu gün, 10:09

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

Sportlife.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv turnirin III təsnifat mərhələsində ilk matçına çıxacaq.

Azərbaycan çempionu Şimali Makedoniyada "Şkendiya" komandası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Görüşün baş hakimi slovakiyalı İvan Krujlyak olacaq.

Qeyd edək ki, avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq.


Paylaş: