
"Qarabağ"ın AL-dəki mümkün rəqibləri də müəyyənləşdi
“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Sportlife.az xəbər verir ki, son Azərbaycan çempionu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Şkendiya"ya (Şimali Makedoniya) məğlub olacağı təqdirdə, "Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) cütünün məğlubu ilə üz-üzə gələcək.
Qurban Qurbanovun komandası "Şkendiya"nı məğlub edəcəyi təqdirdə isə eyni cütün qalibi ilə UEFA Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacaq.
Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin oyunları avqustun 19-20-də və 26-27-də, Avropa Liqasında isə bu raundun matçları avqustun 21-də və 28-də keçiriləcək.