
Zidanın arzuladığı komanda
Əfsanəvi fransız futbolçu və məşqçi Zinəddin Zidan oynamaq arzusunda olduğu klubun adını açıqlayıb.
Sportlife.az xəbər verir ki, o, "Marsel"də oynamaq istədiyini, amma bunun heç vaxt gerçəkləşməyən arzu olduğunu bildirib:
"Orada olmaq, klubu içəridən görmək. "Marsel" böyük komandadır".
Xatırladaq ki, Marseldən olan Zidan futbolçu kimi “Real”, “Yuventus” və digər klublarda çıxış edib.