
MY hücumçusunu transferə çıxardı
“Mançester Yunayted” hücumçusu Rasmus Heylundla yollarını ayırmağa hazırlaşır.
Sportlife.az xəbər verir ki, İngiltərə klubu futbolçunu 35 milyon avroya satışa çıxarıb.
Futbolçunun özü də bu yaxınlarda verdiyi müsahibədə əsas heyətdə yer almaq üçün mübarizə aparmağa hazır olduğunu bildirib.
Daha əvvəl "İnter"in forvardla ciddi maraqlandığı haqda xəbərlər yayılmışdı.