Cekodan maraqlı şərt

  • Bu gün, 15:07

"Fiorentina"nın 39 yaşlı hücumçusu Edin Ceko karyerasını bitirmək üçün şərtini açıqlayıb.

Sportlife.az xəbər verir ki, Bosniya və herseqovinalı futbolçu bu barədə İtaliya mətbuatına açıqlama verib:

"Gənc oyunçular məndən 2 dəfə çox qol vurmağa başlayanda, karyeramı bitirmək barədə düşünməyə başlayacağam".

Qeyd edək ki, hücumçu ötən mövsüm "Fənərbağça"da çıxış edib. Türkiyə klubunun heyətində 53 oyun keçirib, 21 qol vurub və 8 məhsuldar ötürmə edib. Bu yay "Fiorentina" ilə müqavilə imzalayıb.


Paylaş: