Levandovski ilə bağlı sensasiyalı açıqlama

  • Bu gün, 12:06

Polşa millisinin sabiq qapıçısı Yan Tomaşevski həmyerlisi Robert Levandovskini daha az rəqabətli liqaya keçməyə çağırıb.

Sportlife.az xəbər verir ki, o, hücumçunun indi “Barselona”nı tərk etməli və Səudiyyə Ərəbistanı klublarından birinə keçməli olduğunu bildirib:

"Gəlin etiraf edək ki, bu sondur. Robert komandada o qədər də populyar deyil və “Barselona”nın ən yaxşı oyunçuları daha ona ötürmə vermirlər”.

Ötən mövsüm 36 yaşlı hücumçu bütün turnirlərdə "Barselona"nın heyətində 52 matçda 42 qol vurub və 3 məhsuldar ötürmə edib.


Paylaş: