"Real"dan Braziliya klubuna

  • Bu gün, 10:49

"Real"ın yarımmüdafiəçisi Reynier Braziliyaya qayıdacaq.

Sportlife.az xəbər verir ki, Madrid təmsilçisi 23 yaşlı futbolçunun "Atletiko Mineyro"ya keçidinə icazə verib.

"Kral klubu" oyunçunun gələcək transferindən əldə olunacaq gəlirin 50%-nə sahib olacaq.

Reynier "Atletiko Mineyro" ilə 4,5 illik müqavilə imzalayacaq. Transferlə bağlı yaxın vaxtlarda rəsmi açıqlama veriləcəyi gözlənilir.


Paylaş: