
Bakıdakı yarışın yeri dəqiqləşdi
3x3 basketbol üzrə Qadın Seriyasında "Səbail" mərhələsinin keçiriləcəyi yer müəyyənləşib.
Sportlife.az xəbər verir ki, oyunlar avqustun 23-24-də Fəvvarələr meydanında təşkil olunacaq.
Yarışda 16 komanda iştirak edəcək. Onlardan 13-ü milli - Azərbaycan, Çexiya, Polşa, Niderland, Niderland (U-25), Qazaxıstan, Filippin, Monqolustan, Misir, Çin, Benin, Çili, Latviya, 3-ü isə klub - “Zaqreb” (Xorvatiya), “Şanxay” (Çin), “Rapid” (Rumıniya) olacaq.