
"Qalatasaray" PSJ ilə danışıqlara başladı
"Qalatasaray" Matvey Safonovun transferi üçün PSJ ilə danışıqlara başlayıb.
Sportlife.az xəbər verir ki, rusiyalı qolkiperi İstanbul klubuna Paris təmsilçisi özü təklif edib.
Superliqa klubu "Mançester Siti"dən Ederson və ya başqa bir dünya səviyyəli qapıçı ilə anlaşa bilməsə, bu variantı nəzərdən keçirəcək.
"Qalatasaray" ötən ay Canluici Donnarummanın transferi üçün də PSJ-yə təklif göndərmişdi.