Öldürülən 17 yaşlı basketbolçu kimdir?

  • 12 Fevral 2024, 13:33

Ukraynanın gənclərdən ibarət komandasının 17 yaşlı basketbolçusu Vladimir Yermakov Düsseldorf şəhərində qətlə yetirilib.

Sportlife.az TASS-a istinadla xəbər verir ki, idmançı və onun Düsseldorfdan olan “ART Giants” gənclər komandasındakı həmkarı Artyom Kozaçenkoya bıçaqla hücum edilib. Kozaçenko hazırda reanimasiyadadır. Yermakov isə hadisə yerində keçinib.

Yermakov 2022-ci il Avropa çempionatında 16 yaşadək futbolçular arasında Ukraynanın gənclər yığmasında çıxış edib.


Paylaş: