Türkiyəli mütəxəssisin müqaviləsi uzadıldı

  • 23 İyul 2024, 20:10

"Panatinakos"un basketbol komandası baş məşqçi Ergin Atamanla müqavilə uzadıb.

Sportlife.az klubun rəsmi sosial media hesabına istinadən xəbər verir ki, türkiyəli mütəxəssis 2027-ci ilin yayına qədər Yunanıstan klubunu çalışdırmağa davam edəcək.

E. Ataman ötən ilin yayından "Pana"nı çalışdırır. Onun komandası başa çatan mövsümdə finalda "Real"ı məğlub edərək Avroliqanı qazanıb.

 


Paylaş: