Floyd Meyvezer boksçuları tənqid etdi

  • 25 Aprel 2024, 16:20

Beş çəki dərəcəsində keçmiş dünya çempionu Floyd Meyvezer (50-0) onun bir çox digər boksçudan fərqini izah edib.

Sportlife.az xəbər verir ki, Meyvezer bu barədə jurnalist Maykl Bensona açıqlamasında bildirib.

“Mən çoxlu qurban vermişəm. Hamınız son nəticəyə baxırsınız. Bankda yüz milyonlarla pulum olanda hələ də idman zalında işləyirdim. Hamınız geyimlərinizdən, ayaqqabılarınızın necə göründüyündən narahatsınız, yanlış şeylərdən narahatsınız. Siz döyüşçülərin çoxu maaşdan maaşa qədər yaşayırsınız”, –  deyə Meyvezer bildirib.

 

Paylaş: