Ançelotti: "Qvardiola sakit ola bilər, heç bir sürpriz hazırlamamışam"

  • 17 Aprel 2024, 09:04

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/4 final mərhələsinin "Mançester Siti" ilə ikinci oyunu üçün sürpriz hazırlamadığını bildirib.

Sportlife.az xəbər verir ki, bu barədə Ançelotti "Marca"ya açıqlamasında deyib.

“Qvardiola üçün sürpriz? Yox. Düşünürəm ki, biz bir-birimizi çox yaxşı tanıyırıq. O, sakit ola bilər, heç bir sürpriz hazırlamamışam”, - deyə Ançelotti bildirib.

Çempionlar Liqasının 1/4 final mərhələsinin “Mançester Siti” ilə “Real” arasında keçirilən ilk oyunu 3:3 hesabı ilə başa çatıb. Cavab oyunu bu gün Mançesterdə baş tutacaq.

Paylaş: