
Arteta "Real"a meydan oxudu
"Arsenal"ın baş məşqçisi Mikel Arteta komandasının Çempionlar Liqasının 1/4 finalına yüksəlməsini şərh edib.
Sportlife.az xəbər verir ki, ispaniyalı mütəxəssis bu raundda "Real"a qarşı keçirəcəkləri oyunlara da toxunub:
"Real"ı məğlub edə bilərikmi? Çox çətindir, amma bacararıq. Ardıcıl ikinci mövsüm Çempionlar Liqasının 1/4 finalındayıq və bu, asan nailiyyət deyil. Biz ən yaxşı olmaq istəyən və dünyanın ən yaxşıları ilə rəqabət aparmaq istəyən klubuq. Bunun üçün hər zaman 1/4 finalda olmaq lazımdır. Bu, çox çətindir, amma biz bunu iki il ardıcıl etdik”.