
Ronaldo imtina etdi
İkiqat dünya çempionu Ronaldo növbəti seçkilərdə Braziliya Futbol Konfederasiyasının (CBF) prezidentliyinə namizəd olmaqdan imtina edib.
Sportlife.az xəbər verir ki, qərarının səbəbini belə izah edib: “27 federasiya ilə ilk əlaqəmdə 23 bağlı qapı tapdım. Federasiyalar hazırkı administrasiyadan razı qaldıqlarını bildirərək məni qəbul etməkdən imtina etdilər. Layihəmi təqdim edə, fikirlərimi bölüşə bilmədim. Liderlərin əksəriyyəti hazırkı prezidenti dəstəkləyir, bu onların hüququdur, mən buna hörmət edirəm”.
Qeyd edək ki, seçkilər 2026-cı ilin martından gec olmayaraq keçirilməlidir.