
ÇL-də həftənin ən yaxşısı kim olacaq?
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub.
Sportlife.az xəbər verir ki, siyahıda bir qapıçı və 4 futbolçu yer alıb.
Bunlar "Bavariya"dan Harri Keyn, PSJ-dən Canluici Donnarumma, "Aston Villa"da Marko Asensio, Dortmund "Borussiya"sından Əmrə Candır.
Keyn “Bayer”lə qarşılaşmada (2:0), Asensio “Brügge” ilə oyunda (3:0), Can “Lill”lə görüşdə (2:1) qol vurub, Donnarumma isə "Liverpul"la matçda (1:0) penaltilər seriyasında rəqibin iki zərbəsini dəf edərək komandasını 1/4 finala çıxarıb.