Yeni mövsümə start verildi

  • Dünən, 11:54

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Peşəkar Çövkən Liqasında yeni mövsümün açılış mərasimi və ilk turun oyunları keçirilib.

Sportlife.az xəbər verir ki, Binə Atçılıq Mərkəzində təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Açılış mərasimində DSX-nin nümunəvi orkestri, rəqs ansamblı, tanınmış sənətçilər musiqi və rəqs nümunələri ilə çıxış edərək tədbirə xüsusi rəng qatıb.

Yeni mövsümün ilk turunda “Sərhədçi” “Buta Qolden”i 3:0, “Omar” liqaya yeni qatılan “Xəzər”i 5:1 hesabı ilə üstələyib. “Polad” və “Elit” kollektivləri arasında qarşılaşma isə qolsuz bərabərliklə başa çatıb.

İkinci turda “Şirvan” “Atilla”nı 8:1 hesabı ilə məğlub edib. “Embavud” “Qarabağ” komandasına 7, “Zəfər” isə “Ağstafa Dilbaz”a 10 top fərqlə qalib gəlib.

Qeyd edək ki, Peşəkar Çövkən Liqasında növbəti turun oyunları martın 18-19-da keçiriləcək. Liqa noyabrın 26-dək davam edəcək.


Paylaş: