"Barselona" azarkeşləri səhvən öz komandalarının avtobusuna fişəng atdılar

  • 17 Aprel 2024, 09:39

"Barselona" azarkeşləri Çempionlar Liqasının 1/4 finalında PSJ ilə cavab oyunu öncəsi komandalarının avtobusuna fişənglər atıblar.

Sportlife.az RAC1-ə istinadla xəbər verir ki, bəzi azarkeşlər tüstüyə görə PSJ futbolçularının olduğu avtobusun hərəkət etdiyini zənn ediblər. Onlar tüstü çəkildikdən sonra səhvlərini anlayıblar.

Qeyd edək ki, PSJ ümumi hesabda qalib gələrək (6:4) Çempionlar Liqasının yarımfinalına yüksəlib və burada Dortmund "Borussiya"sı ilə qarşılaşacaq.


Paylaş: