"Borussiya" 11 il həsrət qaldığı mərhələdə

  • 17 Aprel 2024, 09:18

Çempionlar Liqasının 1/4 finalında Dortmund "Borussiya"sı "Atletiko"nu məğlub edib.

Sportlife.az xəbər verir ki, iki oyundan sonra hesab 5:4 (1:2, 4:2) Almaniya klubunun xeyrinə olub.

"Borussiya" 11 ildən sonra ilk dəfə Çempionlar Liqasının yarımfinalında oynayacaq. 2012/13 mövsümündə klub turnirin finalına çıxıb və titul uğrunda görüşdə "Bavariya"ya 1:2 hesabı ilə uduzub.

"Borussiya" Çempionlar Liqasının yarımfinalında PSJ ilə qarşılaşacaq.


Paylaş: