Çempionlar Liqası: PSJ və "Borussiya" yarımfinalda

  • 17 Aprel 2024, 01:11

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

Sportlife.az xəbər verir ki, ilk gündə 2 cavab görüşü keçirilib.

"Barselona" ilk oyunda 3:2 hesabı ilə qalib gəldiyi PSJ ilə bu dəfə evdə qarşılaşıb. Paris təmsilçisi 4:1 hesablı qələbə qazanarak növbəti mərhələyə yüksəlib. Digər matçda Dortmund "Borussiya"sı "Atletiko" ilə üz-üzə gəlib. İlk görüşdə Madrid təmsilçisi  2:1 hesablı qələbə qazansa da, Almaniya klubu cavab qarşılaşmasında rəqibini 4:2 hesabı ilə məğlub edərək yarımfinala adını yazdırıb.

Yarımfinalda PSJ və "Borussiya" üz-üzə gələcək.

Qeyd edək ki, 1/4 finalın digər 2 cavab oyunu bu gün keçiriləcək.

UEFA Çempionlar Liqası, 1/4 final mərhələsi, cavab oyunları

16 aprel

23:00. "Barselona" - PSJ - 1:4

Qollar: Rafinya, 12 (1:0), Dembele, 40 (1:1), Vitinya, 54 (1:2), Mbappe, 61-pen. (1:3), 89 (1:4)
Qırmızı vərəqə: Arauxo ("Barselona")

Hakimlər: İstvan Kovaç, Vasile Florin Marinesku,  Mihai Ovidiu Artene, Horațiu Mirsea Feșniç (hamısı Rumıniya)

İlk oyun - 3:2

23:00. "Borussiya" (Dortmund) - "Atletiko" - 4:2

Qollar: Brandt, 43 (1:0), Maatsen, 39 (2:0), Hummels, 49-avtoqol (2:1), Korrea, 64 (2:2), Fülkburq, 71 (3:2), Sabitzer, 74 (4:2)

Hakimlər: Slavko Vinçiç, Tomaz Klançnik, Andraz Kovaçiç, Matey Yug (hamısı Sloveniya)

İlk oyun 1:2

17 aprel

23:00. "Mançester Siti" - "Real"

İlk oyun - 3:3

23:00. "Bavariya" - "Arsenal"

İlk oyun  - 2:2


Paylaş: