Çempionlar Liqası: UEFA həftənin qolunu seçir

  • 14 Mart 2024, 10:19

UEFA-nın mətbuat xidməti Çempionlar Liqasında həftənin ən yaxşı qolunun müəllifi adına səsvermənin başladığını elan edib.

Sportlife.az xəbər verir ki, 1/8 final mərhələsinin final cavab oyunları martın 12 və 13-də baş tutub.

Namizədlər arasında Leandro Trossard ("Arsenal"), Robert Levandovski ("Barselona"), Federiko Di Marko ("İnter") və Ceydon Sançonun ("Borussiya Dortmund") vurduğu qollar var.

Həftənin ən yaxşı qolu UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyən ediləcək.


Paylaş: