Cempionlar Liqasinda ilk oyunumuzdu, onlari dayandirmaga calisacam. Cempionlar Liqasinin qrup merhelesinin ilk turunda sabah Celsinin qonagi olacaq Qarabag

Çempionlar Liqasında ilk oyunumuzdu, onları dayandırmağa çalışacam

  • 12 Sentyabr 2017, 09:00

 

Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda sabah "Çelsi"nin qonağı olacaq "Qarabağ"ın müdafiəçisi Yakub Jezniçak oyunöncəsi mətbuat konfransında iştirak edib.

Sportlife.az xəbər verir ki, polşalı futbolçu rəqib komandaların güclü komandalar olmalarına baxmayaraq əllərindən gələni edəcəklərini bildirib:

“Bu, bizim Çempionlar Liqasında ilk oyunumuzdu. Qrupumuzda rəqiblərimiz çox güclüdü, amma buna baxmayaraq, əlimizdən gələni edəcəyik. "Çelsi"nin hücumçusu Alvaro Morata “Real”da oynayarkən ona qarşı oynamışam. Rəqibin hücum xəttində kimin olmasından asılı olmayaraq, onları dayandırmağa çalışacağam”. 


Paylaş: