Dembele oyunun ən yaxşısı oldu

  • 17 Aprel 2024, 08:13

PSJ-nin vingeri Usman Dembele Çempionlar Liqasının 1/4 finalında "Barselona" ilə cavab oyununda (4:1, ümumi hesab 6:4) ən yaxşı oyunçu kimi tanınıb.

Sportlife.az xəbər verir ki, fransız futbolçu bir qol vurub və Kilian Mbappe tərəfindən yetirilən bir penalti qazanıb.

Parislilər Çempionlar Liqasının yarımfinalına çıxıb və “Atletiko Madrid”i ümumi 5:4 (1:2, 4:2) hesabı ilə məğlub edən Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları aprelin 30-da və mayın 1-də, cavab görüşləri isə 7 və 8-də keçiriləcək.


Paylaş: