İngilislər "Nyukasl"a inanır

  • Bu gün, 12:29

“Nyukasl”ın cari mövsümdəki çıxışı ilə bağlı şəhərdə insanlar arasında sorğu keçirilib.

Sportlife.az xəbər verir ki, son vaxtlardakı uğursuz nəticələrə baxmayaraq, komandanın ümumi nəticələri ürəkaçan kimi qiymətləndirilib.

İngiltərə klubunun xüsusən də Çempionlar Liqasında pley-offa yüksəlməsi səsverməyə böyük təsir göstərib. Məsələ  burasındadır ki, respondentlərin 90 faizi cari mövsümdəki çıxışı uğurlu hesab edir. Hətta onların demək olar ki, hamısı “Nyukasl”ın pley-offda “Qarabağ”ı üstələyəcəyinə və 1/8 finala yüksələcəyinə əmindir.

“Sağsağanlar”ın fanatlarının yeganə narahatlığı komandanın Premyer Liqada avrokuboklara vəsiqə verən yerlərdən birini tuta bilməməsi ehtimalıdır. Komanda 25 turdan sonra 33 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşır və 5-ci yerdəki “Çelsi”dən 10 xal geri qalır.

Qeyd edək ki, “Qarabağ”la “Nyukasl” arasında oyunlar fevralın 18-də Bakıda, 24-də isə Nyukaslda keçiriləcək.


Paylaş: