Yamalın atasından maraqlı müqayisə

  • Bu gün, 13:07

"Barselona"nın futbolçusu Lamin Yamalın atası Munir Nasraui sosial mediada oğlu ilə bağlı paylaşım edib.

Sportlife.az xəbər verir ki, o, Lamini "Barselona" və Argentina millisinin keçmiş oyunçusu Dieqo Maradona ilə müqayisə edib.

"Sadəcə qürurlu bir atayam, hər şey üçün ailəmə təşəkkür edirəm", - deyə Munir Nasraui yazıb.

Yamal 2023-cü ildən bəri "Barselona"nın əsas komandasında oynayır. Bu mövsüm gənc oyunçu klubda 30 matç keçirib, 15 qol vurub və 13 məhsuldar ötürmə edib.


Paylaş: