“Abşeron Lions" “Şəki” məğlub etdi

  • Bu gün, 18:34

Azərbaycan Basketbol Liqasının 16-cı turunda “Abşeron Lions” səfərdə “Şəki”ni məğlub edib.

Sportlife.az xəbər verir ki, Şəki Olimpiya İdman Kompleksində baş tutan oyun qonaqların 92:85 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun son görüşü Bakı İdman Sarayında “Neftçi” və “Sabah” arasında baş tutacaq. Bu matç saat 18:00-da başlayacaq.

Turun daha əvvəl keçirilən görüşlərində “Sumqayıt” “Lənkəran”ı (102:77), “Quba” “Sərhədçi”ni (97:89), “Ordu” “Naxçıvan”ı (95:92) “Gəncə” NTD-ni (104:85) məğlub edib.


Paylaş: