Kökçü oynadı, komandası qalib gəldi

  • Bu gün, 11:43

Niderland Erediviziyasında növbəti turun görüşləri keçirilir.

Sportlife.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ozancan Kökçünün formasını geyindiyi “Volendam” 21-ci turda “Zvolle”nin qonağı olub.

Kökçünün komandası səfərdə 2:1 qalib gəlib. Millimizin üzvü oyuna start heyətində çıxıb və 79-cu dəqiqədə əvəzlənib.

“Volendam” hazırda 21 xala malikdir və turnir cədvəlində 15-ci yerdədir.


Paylaş: