Gəncə klubunda yeni təyinat

  • Bu gün, 12:43

"Gəncə"nin məşqçilər korpusuna yeni mütəxəssis cəlb edilib.

Sportlife.az xəbər verir ki, Zaur Məmmədov baş məşqçi Halil Atlının köməkçilərindən biri olub.

43 yaşlı məşqçi son 2 ildə klubun aşağı yaş qruplarından ibarət komandalarında çalışıb.

Qeyd edək ki, Zaur Məmmədov bu vəzifədə ötən gün səhhəti ilə bağlı komandadan ayrılan və ölkəsinə qayıdan türkiyəli mütəxəssis Yusuf Aydileki əvəzləyib.


Paylaş: