Konateyə 5 illik müqavilə təklifi

  • Bu gün, 14:43

İspaniyanın "Real" klubu İngiltərənin "Liverpul" komandasının futbolçusu İbrahima Konateyə 5 illik müqavilə təklif edib.

Sportlife.az insayder Nikolo Skiraya istinadən xəbər verir ki, hazırda tərəflər arasında danışıqlar aparılır.

Fransa millisinin müdafiəçinin Mersisayd təmsilçisi ilə müqaviləsinin müddəti yayda başa çatacaq. 26 yaşlı oyunçu Səudiyyə Ərəbistanından gələn təklifləri rədd edib.

Qeyd edək ki, İbrahima Konate cari mövsüm 31 matçda 2 qola imza atıb.


Paylaş: