Yenə medalsız
Azərbaycanın qadın güləşçiləri Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən 2026-cı ilin ilk reytinq turnirində medalsız çıxışlarını davam etdirirlər.
Sportlife.az xəbər verir ki, yarışın 2-ci günündə yığmanın daha 2 üzvü qüvvəsini sınayıb. Günay Qurbanova (59 kq) hindistanlı Rajnita Rajnıtaya tam üstünlüklə (16:3) qalib gəlsə də, yarımfinalda amerikalı Alexis Marie Janıaka (0:11) məğlub olub. O, bürünc medal uğrunda mübarizədə almaniyalı Elena Heike Bruggera (0:7) uduzub.
Birgül Soltanova (68 kq) isə 1/8 finalda hindistanlı Nisha Nıshaya (1:8) uduzub.
Bu gün isə Nərgiz Səmədova (53 kq), Jalə Əliyeva (57 kq) və Zəhra Kərimzadə (72 kq) mübarizəyə qoşulacaq.
Qeyd edək ki, ilk yarış günündə Elnurə Məmmədova və Əsmər Cankurtaran (hər ikisi 50 kq) medalsız qalıb.