Paralimpiya çempionumuz 1-ci oldu

  • Bu gün, 14:10

Qapalı məkanda keçirilən atletika üzrə Azərbaycan çempionatında ilk mükafatçılar bəlli olub.

Sportlife.az xəbər verir ki, Bakı Atletika Mərkəzində keçirilən yarışda Bakı, Gəncə, Bərdə, İsmayıllı, Gədəbəy, Xızı və Ordubadı təmsil edən 160-a yaxın atlet mübarizə aparır.

Bu gün başa çatacaq yarışın proqramına 3 təkanla tullanma, uzunluğa tullanma, hündürlüyə tullanma, nüvə itələmə, 60 m, 200 m, 400 m, 800 m, 1500 m, 3000 m məsafəyə qaçış və 4x200 m estafet qaçış növləri daxildir.

İlk yarış gününün mükafatçıları arasında paralimpya çempionu Lamiyə Vəliyeva da var. O, 60 metr məsafəyə qaçışda bütün rəqiblərini qabaqlayıb. Vəliyeva ötən ay keçirilmiş Bakı Beynəlxalq qış turnirində də fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.

60 metr məsafəyə qaçış (kişilər)

1. Əlhəm Nağıyev

2. Həmid Nəbiyev

3. Novruz Əsədli

60 metr məsafəyə qaçış (qadınlar)

1. Lamiyə Vəliyeva

2. Safiya Kərimova

3. Səlma Ağabəyova

400 metr məsafəyə qaçış (kişilər)

1. Nihat Tağıyev

2. Cavid Abdullayev

3. Kamran Məmmədov

400 metr məsafəyə qaçış (qadınlar)

1. İlahə Quliyeva

2. Gülçin Nağıyeva

3. Nila Heydərova

1500 metr məsafəyə qaçış (kişilər)

1. Bəxtiyar Əsgərli

2. Namiq Babayev

3. Loğman İsrafilli

1500 metr məsafəyə qaçış (qadınlar)

1. Azəri Məmmədli

2. Elina Yusupova

3. Arzu Məmmədbəyova

Üç təkanla tullanma (kişilər)

1. Rüstəm Məmmədov

2. Ramil İsmayılov

3. Raul Nəsibov

Üç təkanla tullanma (qadınlar)

1. Yekaterina Sariyeva

Hündürlüyə tullanma (kişilər)

1. Bülbül Babayev

2.Vladislav Tarusov

3. Şamxal Həsənzadə

Hündürlüyə tullanma (qadınlar)

1. Zəhra Bayramova

2. Zeynəb Qəmbərova


Paylaş: