Braziliyalı futbolçu Bakıya gələcəkmi?
“Nyukasl”ın baş məşqçisi Eddi Hou yarımmüdafiəçi Brunu Gimarayeşin bərpa prosesi barədə açıqlama verib.
Sportlife.az xəbər verir ki, baş məşqçi futbolçunun vəziyyətinin müsbətə doğru dəyişdiyini bildirib:
"Fevralın 4-də məşqə çıxdı və özünü kifayət qədər yaxşı hiss etdi. Bu gün onunla görüşəcəyəm və ümid edirik ki, tam formada olacaq”.
28 yaşlı futbolçu yanvarda zədələnmiş və bir neçə oyunu buraxmışdı. O, cari mövsümdə 33 oyuna çıxıb, 8 qol vurub və 6 məhsuldar ötürmə verib. "Sağsağanlar" növbəti turda “Brentford”u qəbul edəcək.
“Nyukasl” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda, fevralın 18-də “Qarabağ”ın qonağı olacaq. Cavab matçı fevralın 24-də İngiltərədə keçiriləcək.