Ronalduya görə 2,4 milyardlıq zərər
Kriştianu Ronaldunun "Əl-Nəsr"in oyunlarını boykot etməsindən sonra "FOX Sports" Səudiyyə Ərəbistanı Premyer Liqasının oyunlarının yayımını dayandırmaq qərarına gəlib.
Sportlife.az xəbər verir ki, liqa artıq qlobal media və kommersiya layihələri ilə bağlı təxminən 2,4 milyard dollar zərər görüb. Bu vəziyyət Səudiyyə çempionatının beynəlxalq imici üçün dönüş nöqtəsi ola bilər.
Ronaldu boykot səbəbindən ardıcıl ikinci oyunu buraxıb. Onun MLS-ə və ya Avropaya gedə biləcəyi barədə məlumatlar yayılıb.